USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiyalarla bağlı əhaliyə - ŞAD XƏBƏR

26.12.2019 Bank
0 0
Pensiyalar 14-15 faiz civarında artırılacaq.
"Kommersant.az" xəbər verir ki, bununla da minimum pensiya məbləği 230 manat təşkil edəcək. Yanvarın 1-dən etibarən pensiyaçıların 93 faiz-ibu artımdan yararlana biləcəklər.

Yanvarın 1-dən etibarən bütün növ pensiyalar təxminən 14%-15% faiz artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz Hüseynov deyib. O bildirib ki, pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq.

Şöbə müdiri qeyd edib ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Bununla da minimum pensiyanın məbləği 230 manata yaxın olacaq.

Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək