USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan minimum əmək haqqı artımında - BU YERƏ YÜKSƏLİB

15.01.2020 Bank
0 0
Azərbaycan minimum əmək haqqı artımı reytinqində ilk beşliyə daxil olub.

"Kommersant.az" trend-ə istinadən xəbər verir ki, həmin reytinq Picodi.com internet-portalının analitikləri tərəfindən tərtib edilib.

Minimum əmək haqqı artımına görə Azərbaycan 54 ölkə arasında ikinci yerdə qərarlaşıb. 2020-ci ildə nağd verilən pulun məbləği ötən ilə nisbətən 37,7 faiz artaraq 140 dollar təşkil edib.

Tədqiqat qanunverici orqanaları tərəfindən minimum əmək haqqı ilə təyin olunan 54 ölkəni əhatə etmişdir.

Ölkədən asılı olaraq, minimum əmək haqqını məşğul əhalinin bir neçə faizindən (Avropada) yarısına qədəri (Afrikada) alır:

"2020-ci ildə ən böyük minimum əmək haqqı artımını Nigeriyada (64,8 faiz) qeyd etmişdik. Lakin dollarla hesablayanda zəmanətli minimum ödəniş səviyyəsi dünyada ən aşağı səviyyələrdən biri olaraq qalır (74 dollar). ABŞ, İspaniya, Cənubi Afrika və Latviya kimi bəzi ölkələrdə minimum əmək haqqı 2019-cu ildən bu yana dəyişmədi. Qazaxıstanda minimum əmək haqqı da eyni olaraq qaldı, lakin bu ildən bəri sığorta haqqının artımı səbəbindən işçinin nağd aldığı məbləğ azalıb".