USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kommersant” Rusiyanın yeni baş nazirininin milyonlarını üzə çıxardı

20.01.2020 Bank
0 0
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin ailəsinin qazancı hələ bizneslə məşğul olduğu dövrdə yatırılan sərmayədən əldə etdikləri qazancdan ibarətdir.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Kommersant" baş nazirin vergi bəyannamələrinin təhlilinə istinadən məlumat verib.

2013-2018-ci illərin vergi bəyannamələrdən belə çıxır ki, Mişustinin 130,7 milyon rubl qazancı olub. Yoldaşının gəliri 584 milyon rubl təşkil edib. Nəşrin bildirdiyinə görə, bu cür pullar 90-cı illərin birinci yarısında yatırılan investisiyaların nəticəsində əldə edilib - Mişustin "Beynəlxalq Kompüter Klubu"nda işləyib.

2008-ci ildə Mişustin biznesə qayıdıb və daha sonra rəhbərlik etdiyi Birləşmiş Maliyyə Qrupuna (UFG) keçib.

"Kommersant" Mişustin ailəsinin gəlirinin bir hissəsini aktivlərin satışı ilə əlaqələndirir. Qəzet yazır ki, 2013-2014-cü illərdə qazancını izah edən Mişustin əmlakını hissələrlə satan həyat yoldaşına təhvil verib. Ümumiyyətlə, qəzet hazırkı baş nazirin işlədiyi illərdə qazandığı sərvətini yüz milyonlarla rubl kimi qiymətləndirib.

Yanvarın 16-da Rusiya hökuməti istefa verib. Dövlət Duması Mişustinin namizədliyini qəbul edib. 383 deputat onun təyin olunmasına səs verib, 41 bitərəf qaldı, əleyhinə səs verən olmayıb. Mişustin Rusiya Federasiyasının hökumət üzvlərinin hamısının milli inkişaf hədəflərinə çatması üçün şəxsən məsuliyyət daşıyacağına söz verib. O, həmçinin pensiya islahatlarında yeni dəyişikliklərə qarşı çıxıb.