"Kommersant.az" xəbər verir ki, Bank VTB-də Universal əmanətin faiz dərəcəsi əvvəl 7,25% idisə, indi 6,75% olub. Belə ki, bankda universal əmanətin faiz dərəcəsi 0,5 faiz bəndi azalıb.
Həmçinin Sərfəli əmanətin faiz dərəcəsi 8,05% dən 7,55%-dək azalıb.
Bildirək ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır.