“Standard Insurance” Sığorta Şirkətinə yeni sədr təyin edilib - FOTO
0
0
“Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
"Kommersant.az" xəbər verir ki, bu, Kamran Babayevdir.
O, yaxın vaxtlara qədər "Azərbaycan Sənaye Sığorta" ASC-nin İH-nin sədri olub və yeni vəzifəsində Anar Sadıxovu əvəz edib.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,6 milyon manatdır. Sığorta şirkətinin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur.