7 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB)Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Kommersant" bildirir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Qiymətli kağızın ISIN kodu
AZ2029008680
Emissiya həcmi
20 000 000 AZN
Nominal qiyməti
1000 АZN
Hərrac qiyməti
1004,0833 AZN
İstiqrazların tədavül müddəti
23 il (8280 gün)
Faiz dərəcəsi
3 %
Faiz gəlirinin ödəniş müddəti
6 aydan bir (180 gün)
Anderrayter
PSG-Kapital İŞ QSC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.