Azərbaycanda fəaliyyət göstərən banklarda ən çalışqan və uğurlu marketoloqların siyahısını hazırlayaraq sizlərə təqdim etmək istədik.
"Kommersant.az" xəbər verir ki, bəzi banklarda ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları (mətbuat katibi, pr menecer ) bankla müxbir arasında “qalxan” rolunu oynayır. Yəni, vəzifəsinin müxbirin sorğusuna cavab vermək deyil, daha çox müxbirin sorğusunu ört-basdır etmək və yalnız banka maraqlı olan məlumatların ictimaiyyətə çatdırılmamasını təmin etmək kimi başa düşür. Məslən, "Bank Avrasiya", "NBC Bank" və s. kimi banklar ictimaiyyətə qapalı banklardır. Bu banklar öz barələrində olan xəbərlərin yalnız rəsmi saytlarında (yalan-yalnış olmasına fikir vermədən, müştərilərini aldatmaq bahasına olsa da özlərinə sərf etdiyi şəkildə) dərc olunması ilə kifayətlənirlər.
"Kommersant.az" Azərbaycanda fəaliyyət göstərən bankların marketinqləri arasında ən uğurlu 10 nəfəri seçərək sizlərə təqdim edir:
Qeyd edək ki, siyahıdakı bankların adları əlifba sırası üzrə düzülüb:
1. Oruc İbrahimov - "ATA Bank"da Biznesin İnkişafı departamentinin direktoru
2. Anar Quliyev - "AG Bank"da Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktor
3. Rauf Ağayev - "Azər Türk Bank"ın Mətbuat katibi
4. Gülşən Cumayeva - "Bank of Baku"da Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru
5. Əli Daşdəmirov - "Bank Respublika"da Marketinq Departamentinin direktoru
6. Çingiz Əsədov - "Bank Respublika"da Marketinq Kommunikasiyaları şöbəsinin rəisi
7. Sülhiyyə Şirinova - "UniBank"ın Mətbuat katibi
8. Nigar Kərimova - "Bank VTB Azərbaycan"da Marketinq, Reklam və Xüsüsi Layihələr şöbəsinin rəhbəri
9. Altay Səfərov - "Günay Bank"da Biznesin inkişafı və Marketinq şöbəsinin rəhbəri
10. İlkin Əhmədov - Yelo Bank İctimaiyyətlə və Xarici Əlaqələr üzrə müşavir
Adı yuxarıdakı siyahıda yer alan bankların marketinq departamentlərinin bütün əməkdaşlarına, əsasən də "PR" menecer və ya mətbuat katiblərinə media ilə dürüst və operativ şəkildə çalışdıqları üçün "Kommersant.az" portalı olaraq sonsuz təşəkkürlərimizi bildirir, uğurlarının davamını arzulayırıq.