“Bank VTB” xidmət şəbəkəsini kağızsız texnologiyaya keçirir
"Kommersant.az" xəbər verir ki, bu haqda bankın özündə məlumat verilib.
Hal-hazırda rəqəmsal imza texnologiyası Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində fəaliyyət göstərən 476 ofisdə mövcuddur. Üç ay ərzində rəqəmsal imza texnologiyası vasitəsilə 35 mindən çox sənəd imzalanıb.
Kağızsız texnologiya əsasən kart əməliyyatları, habelə debet və kredit kartlarının verilməsi kimi xidmət sahələrində istifadə olunur. Bank gələcəkdə bu texnologiya çərçivəsində həyata keçirilən əməliyyatların siyahısını genişləndirməyi planlaşdırır.
“Bank VTB kağızsız xidməti işə salan ilk banklardan biridir. Bu layihə müştərilərə lazımi sənədləri onlayn rejimdə, kağız sənədlərin doldurulmasına əlavə vaxt sərf etmədən imzalamağa imkan verir. Bu texnologiya sənədlərin imzalanması prosesini ləğv edir, müştərilərə xidmət vaxtını azaldır və ölkəmizdəki ekoloji vəziyyətin yaxşılaşdırılmasına kömək edir”, – deyə Bank VTB-nin baş vitse-prezidenti bildirib.