Bank VTB (Azərbaycan) ilk dəfə olaraq ölkənin bank bazarında Visa Platinum kart sahibləri olan müştərilərinə 24 saat ərzində çat-konsyerj xidməti təklif edir.
"Kommersant.az" xəbər verir ki, bu xidmət kart sahiblərinə qısa müddət ərzində bir sıra gündəlik məsələləri həll etməyə imkan verir:
İstənilən müəssisələrin əlaqə nömrələrinin axtarışı
Müxtəlif hadisələr haqqında arayış məlumatın alınması
Restoranlarda masaların bronlaşdırılması
Yemək, gül, dərman və s. sifarişi
Məhsul və xidmətlərin axtarışı
Səyahətlərin təşkili
Biletlərin alınması
Otellərin axtarışı və bronlaşdırılması
İtirilmiş baqajın qaytarılması üzrə dəstək
Transfer, yaşayış, avtomobil və digər xidmətlərin icarəsi
Bank VTB (Azərbaycan)-ın Visa Platinum kart sahibləri üçün çat-konsyerj xidməti pulsuzdur. Kart sahibləri virtual köməkçiyə istənilən vaxtı Viber və Telegram messencerlərində müraciət edə bilər. Çat-konsyerj azərbaycan, rus, ingilis və gürcü dillərində xidmət göstərir. Bu xidmətə qoşulmaq üçün VTB (Azərbaycan)-ın istənilən filialına, eləcə də +99455 2140986 nömrəli WhatsApp və ya bankın saytı vasitəsilə müraciət etmək mümkündür.
QR-kodu skan etməklə konsyerjin əlaqə nömrələrini əldə etmək mümkündür: