USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti ucuzlaşdı

25.02.2020 Bank
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 60,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,99 dollar/barel azdır.

"Kommersant.az" xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 55,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel azdır.