USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank Lənkəran və Bərdədə aztəminatlı ailələri sevindirdi

03.03.2020 Bank
0 0
Yeni dəyərlər yaradan Yelo Bank xalqımızın dəyərlərini yaşatmağa davam edir. Belə ki, Novruz bayramı ilə əlaqədar Yelo Bank “Novruz xonçası” layihəsinə start verib.

Layihə çərçivəsində Yelo Bank ailəsi müxtəlif regionlarda yaşayan aztəminatlı ailələrə Novruz atributları və qida məhsullarından ibarət bayram sovqatı paylayır.

İlk olaraq estafeti qəbul edən “Lənkəran” filialının əməkdaşları Su çərşənbəsində Xəzər dənizinin cənub sahillərində yaşayan azətminatlı ailələri sevindirdi.

“Lənkəran” filialından estefati təhvil alan “Bərdə” filialının kollektivi isə adıçəkilən rayonun insanlarına Od çərşənbəsində bayram əhval-ruhiyyəsi bəxş etdi.

Ardınca “Bərdə” filialı estafeti “Gəncə” filialına ötürdü. Beləliklə, Yel çərşənbəsində Gəncədə yaşayan aztəminatlı ailələr Yelo Bankın “Novruz xonçası”na qonaq olacaq.

Qeyd edək ki, “Gəncə” filialı estafeti Yelo Bankın baş ofisinə, Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən filiallarına ötürəcək. Novruzun ilaxır – Torpaq çərşənbəsində bankın rəhbərliyi, Bakı və Sumqayıt filiallarının kollektivi bu ərazilərdə yaşayan insanları sevindirəcək.

Ürəklə və təbəssümlə xidmət etmək üçün dəyişən Yelo Bank yalnız müştərilərinə deyil, hər kəsə təbəssüm bəxş etməkdən məmnundur!