Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb
0
0
Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-may ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Kommersant" Fond Birjasına istinadən xəbər verir ki, renkinqə 2 990 mln. manatlıq göstərici ilə "Paşa Kapital İnvestisiya Şirkəti" başçılıq edir.
Növbəti yerlərdə 2 535 mln. manatla "Unicapital İnvestisiya Şirkəti", 2 269 mln. manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 2 156 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 692 mln. manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 280 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 2,989,955,347.54 |
2 | Unicapital | 2,534,962,952.61 |
3 | İnvest-Az | 2,268,492,145.03 |
4 | AzFinance | 2,155,686,821.55 |
5 | Xalq Kapital | 692,315,675.48 |
6 | PSG Kapital | 279,740,148.65 |
7 | Kapital Menecment | - |
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.