Səhm bazarındakı azalma açıqlandı

07.06.2018
Bank
0
0
2018-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 9 milyard 950 milyon manat təşkil etmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.
Əqdlərin 50%-i və ya 4 milyard 932 milyon manatı dövlət qiymətli kağızları, 42%-i törəmə alətlər üzrə bağlanıb.
Pay bazarı (səhmlər) 9 dəfə azalıb.