Baharın gəlişi ilə biznesinizi böyütmək və yeni məqsədlərə nail olmaq istəyirsiniz? Daha sərfəli şərtlərlə biznes kreditləri axtarırsınız? O zaman Sizə Əla xəbərimiz var!
"Kommersant.az" xəbər verir ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, şəxsi biznes sahibləri üçün “Əla Endirim”adlı mikro kredit kampaniyasına start verir!
Belə ki, kampaniya çərçivəsində Bank Respublikaya müraciət edən sahibkarlar, mikro və aqro kreditlər üzrə 5%-dək faiz endirim əldə edə biləcək!
Kreditin maksimal məbləği 50 000 manat təşkil edir. Bundan başqa, girov olaraq yeni daşınmaz əmlak təqdim edən müştərilər, krediti 0% komissiya ilə götürmək imkanı əldə edəcək!
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Kampaniya 6 aprel 2020-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, müştərilər banka gəlmədən smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, 050 6 144 144 nömrəsinə müraciət edib krediti onlayn sifariş edə bilərlər.
Biznes məqsədlərinizə çatmaq üçün, Bank Respublikanı seçin, fərqi hiss edin!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.