“Brent”markalı neftin bu qiyməti ən son 2002-ci ilin noyabr ayında qeydə alınıb...
"Kommerasant.az"ın verdiyi xəbərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri Bakı vaxtı ilə 11:35-də 7,9% azalaraq 1 barelinin dəyəri 22,97 dollar təşkil edib. Daha sonra da qiymət azalmağa davam edib və yerli vaxtla 13:20-də qiymət bir barel üçün 22,85 dollardır.
"Brent"markalı neftin bu qiyməti ən son 2002-ci ilin noyabr ayında qeydə alınıb.
WTI markalı neftin qiyməti də həmin vaxtda 6,1% azalaraq 1 barelinin dəyəri 20,2 dollara enib.