Beynəlxalq Valyuta Fondu (BVF) və Argentinanın, 50 milyard dollar krediti əhatə edən 3 illik "stand-by" müqaviləsi üzərində razılaşdıqları bildirilib.
"Kommersant" BVF-dən verlən yazılı açıqlamaya istinadən xəbər verir ki, ötən ay kredit tələb edən Argentina hökuməti ilə BVF nümayəndə heyəti, 3 illik "stand-by" müqaviləsində razılaşıb.
BVF İdarə Heyətinin təsdiqinə təqdim olunacaq müqavilə, son dövrdə pul vahidi kəskin dəyərdən düşən Argentinaya 50 milyard dollar kredit verilməsini nəzərdə tutur.
Ölkənin dollarda olan böyük məbləğdə borclarını ödəməsinə imkan verəcək kredit, BVF-nin təsdiq etdiyi iqtisadi proqrama əməl edilməsi şərtini də ehtiva edir.
Argentina pesosunun bu il dollar qarşısında 25 faiz ətrafında ucuzlaşması ölkəni qtisadi böhranın astanasına gətirmişdi.
Argentina Mərkəzi Bankı, pesonun dəyərdən düşməsinin qarşısını almaq üçün faizi 40%-ə qaldırmışdı.
"Stand-by" müqaviləsi nədir?
BVF-nin ehtiyacı olan üzvlərinə maliyyə dəstəyi vermək məqsədilə bağladığı müqavilələr "stand-by" müqaviləsi adlandırılır.