Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
"Kommersant" xəbər ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 11 İyun 2018-ci il tarixində keçiriləcəkdir.
Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 10,99% aralığında müəyyən olunub.
Xəbər bverdiyimiz kimi, 04.06.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 848,0 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.