USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bakdan sahibkarlar üçün daha bir yenilik

15.04.2020 Bank
0 0
Daim müştərilərinin rahatlığı qayğısına qalan dövlət bankı Azər Türk Bank xidmət keyfiyyətinin daha da artırılması istiqamətində növbəti yeniliyi təqdim etmişdir.

Məlumdur ki, bir sıra əməliyyatların həyata keçirilməsi zamanı hüquqi şəxs və fərdi sahibkar olan müştərilərin banka gəlməsi zəruridir.

Bunu nəzərə alan Azər Türk Bank belə hallarda onların mövcud vəziyyətlə əlaqədar olaraq, banka gələrək kütləvi şəkildə toplanmaması, həmçinin vaxta qənaət etməsi üçün xüsusi onlayn müraciət forması hazırlamışdır.

Belə ki, müştərinin form.atb.az ünvanına daxil olaraq, müvafiq müraciət formasında VÖEN və mobil telefon nömrəsini qeyd etməklə, istədiyi xidmət növünü işarə etməsi kifayətdir. Onlayn müraciət Bankın Müştəri Xidmətləri Mərkəzi tərəfindən qəbul edilir, müştəri ilə telefon əlaqəsi yaradılır və göstərilən əməliyyatlarla əlaqədar lazımi işlər yerinə yetirilir. Bundan sonra müştəri banka gələrək, yalnız hazır sənədləri imzalayır və əməliyyat yekunlaşdırılır.

Həmçinin hüquqi şəxs, fərdi sahibkar olan müştərilər əməliyyatların geniş çeşidini Bankın “ATB Bussines” internet bankçılıq xidmətinə qoşulmaqla onlayn rejimdə yerinə yetirmək imkanına malikdirlər. Qeyd edək ki, 31 may tarixinədək “ATB Business” xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

“ATB Business” internet-bankçılıq xidməti əhəmiyyətli üstünlüklərə malikdir. Belə ki, ənənəvi olaraq filial və şöbələrdə icra edilən əməliyyatlardan fərqli olaraq, bu platforma üzərindən verilən müştəri tapşırıqları bank əməkdaşlarının təsdiqi olmadan avtomatik icra edilir, əməliyyatlara endirimli komisyon haqqı tətbiq olunur və bunun müqabilində müştərilər “cash-back” qazanırlar. Eləcə də, daxil edilmiş köçürmə əməliyyatlarının cəm şəklində elektron imza ilə təsdiqlənməsi imkanı verilir, əmək haqqı ödənişləri günün istənilən vaxtı, 24/7 rejimində asan şəkildə yerinə yetirilir.

Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Ətraflı məlumatı www.atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.