USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların AMB-yə 2 həftəlik vəsait yatırımında marağı kəskin artıb

20.04.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

"Kommersant.az" bildirir ki, bu hərracda da tələb təklifi kəskin üstələyib.

20.04.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 480,3 mln. manat təşkil edib. Halbuki, AMB banklardan bu hərracda 200 mln. manat cəlb etməyi planlamışdı.

Bu hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.