İcbari Sığorta Bürosunun kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri arasında elan etdiyi “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda martın 6-sı - aprelin 10-u tarixlərində keçirilən məqalə müsabiqəsi başa çatıb, qaliblər müəyyən olunub.
Bu barədə "Kommersant.az"a qurumdan məlumat verilib.
Bildirilir ki, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barədə əhalinin media vasitəsilə maarifləndirilməsi məqsədi daşıyan müsabiqəyə paytaxt Bakı ilə yanaşı, regional media orqanları da daxil olmaqla ümumilikdə 18 məqalə təqdim olunub.
Müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında aparılmış qiymətləndirmənin nəticələrinə görə:
- "Report" İnformasiya Agentliyinin baş redaktorunun müavini İlahə Məmmədlinin "Azərbaycanda daşınmaz əmlakın sığortalanması "ikinci bahar"nı yaşayır" məqaləsi ikinci yerə;
- "ASAN radio"un redaktoru və aparıcısı Ruslan Zeynalın "Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək " məqaləsi üçüncü yerə layiq görülüb.
Qaliblərə müsabiqə qaydalarında qeyd olunun pul mükafatları və sertifikatlar təqdim olunacaq.