USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın inzibatçı təyin etdiyi 4 bank bağlandı?

27.04.2020 Bank
0 1
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”a müvəqqəti inzibatçılar təyin edilib.

“Göründüyü kimi, 4 bankın bağlanması barədə fikir bildirmək tezdir. Ola bilsin hansısa bank bağlansın, hansısa sağlamlaşdırılıb başqa banka birləşdirilsin və ya satılsın.

Qanuna görə, müvəqqəti inzibatçı bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə MB-nin ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər”, deyə bunu ekspert Samir Əliyev deyir.

Bəs müvəqqəti inzibatçılar banka hansı halda təyin edilir?

“Banklar haqqında” qanuna əsasən, AMB tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası çərçivəsində maliyyə bazarlarına nəzarət orqanının adından bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən şəxsdir.

Bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatdıqda; Bank hər hansı öhdəliyi üzrə ödənişlərin icrasını təmin edə bilmədikdə və ya icra müddəti bitməkdə olan öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda, banka müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilir.

Müvəqqəti inzibatçı təyin edildiyi gündən sonrakı gündən başlayaraq ən geci 30 təqvim günü müddətində rezolyusiya metodunu, şərtlərini, iqtisadi əsaslandırmasını və müddətlərini özündə əks etdirən tədbirlər planını ödəmə qabiliyyətini itirmiş bankın maliyyə göstəricilərinə əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək müddətə uzadıla bilər. Bu müddətdə maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir:

– ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını;

– ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin tam və ya qismən alıcı banka köçürülməsini;

– körpü bankın yaradılmasını, ödəmə qabiliyyətini itirmiş bankın sağlam aktivlərinin və öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını;

– ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını;

– ödəmə qabiliyyətini itirmiş bankın ləğvini.

Müvəqqəti inzibatçı bankın kreditorlarının bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir.

Müvəqqəti inzibatçının təyin olunduğu gündən bankın idarəetmə orqanları tərəfindən imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə yanaşı, aşağıdakı tədbirləri görür:

-bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;

-bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir;

– bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür;

– bankın adından müqavilələr və sənədlər imzalayır;

– kredit müqavilələri də daxil olmaqla, bankın maraqlarına aşkar şəkildə zidd olan şərtlərlə bağlanılması nəticəsində bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmuş müqavilə öhdəliklərinin icrasından imtina və həmin müqavilələrin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür;

– bankın maliyyə dayanıqlılığına xələl gətirdiyi halda bankın investisiya qoyuluşunu nəzərdə tutan müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür;

– aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən verilmiş kreditlərin restrukturizasiyasını (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir;

– bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir;

– bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, işçilər arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir;

– bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür;

– maliyyə bazarlarına nəzarət orqanının razılığı ilə bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir;

– mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır;

– ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir;

– ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının yerinə yetirilməsi üçün işlər görür;

– öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir dəfə maliyyə bazarlarına nəzarət orqanına hesabat verir.

– Bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması, itirilmiş kapitalının bərpası və likvidliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti inzibatçı, həmçinin aşağıdakı səlahiyyətləri həyata keçirir:

– bankın rezolyusiyası ilə bağlı tədbirlər planının hazırlanması çərçivəsində bankın aktivlərinin və öhdəliklərinin həcmini müəyyən edir, yenilənmiş balans hesabatını hazırlayır, məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir;

Bankın kapitalının artırılması üçün:

– nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan əmanətlərini nizamnamə kapitalına daxil edir;

– nizamnamə kapitalındakı payının artırılması müqabilində bankın mühüm iştirak payına malik səhmdarlarının banka bilavasitə və ya dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir;

– bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur.