"AG Bank" ASC-ə ötən günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən inzibatçı təyin olunub.
"Kommersant.az" xəbər verir ki, əldə etdiyimiz məlumata görə bu gün AMB əməkdaşları və müştərilər arasında insident baş verib. İnsidentin yaranma səbəbi AMB işçilərinin müştərilərə qarşı aqressiv davranışları olub. Bank müştərilərindən aldığımız məlumata görə, AMB əməkdaşları maaş kartı "AG Bank"a məxsus olan müştərilərin kartlarını bloklayaraq əməkhaqlarının nağdlaşdırılmasına qadağa qoyur. Bundan başqa banka aid post- terminalları da bloklamaq istəyən AMB əməkdaşları müştərilərin haqlı etirazları ilə qarşılaşıb.
Qeyd edək ki, rəsmi əməkhaqlarını "AG Bank"dan əldə edən müştərilərin plastik kartları bloklanıb və digər bankların bankomatlarından komissiyalı nağdlaşdırma etməsinə icazə verilmir.
Onu da nəzərinizə çatdıraq ki, fotodakı maskalı şəxslər AMB əməkdaşlarıdır.