Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “AmrahBank” ASC-nin lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
"Kommersant.az" xəbər verir ki, hazırda müştərilər sözügedən bankın qarşısında toplanaraq etirazlarını bildirir. Hazırda respublikada hökm sürən karantin rejimi isə AMB-nin təyin etdiyi inzibatçı və nəzarətçilər tərəfindən gözlənilmir.
Qeyd edək ki, bank müştəriləri müvafiq ünvanlara ərizəylə müraciətlərə hazırlaşır.