USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Müştərinin öz seçimidir heç kim onu məcbur etmir” - BAŞ BANKİR

01.05.2020 Bank
0 0
“Hər hansı banka gedib hesab açırsansa bu müştərinin öz seçimidir. Buna səni nə dövlət nə də requlyator [AMB-ni nəzərdə tutur] onu məcbur etmir.”

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədri Elman Rüstəmov bugünkü press-konfransda bankda cari hesab açan sahibkarların vəsaitləri geri ala bilməməsi ilə bağlı şərhində deyib.

“Obyektiv olaraq mən deyəcəm bunu — özünü tənqid olmasın. Bir neçə aydır biz bu requlyator funksiyasına qayıtmışıq. Çox boşluqlar olub. Bu informasiyalar üçün banklar öz audit hesabatlarını dövri olaraq açıqlamalıdırlar”, deyə Baş bankir deyir.

Rüstəmov qeyd edir ki, bankların fəaliyyətləri bu günə qədər daha şəffaf olmalıydı.

“Çox vaxt müştərilər bankı çox subyektiv amillərlə seçir. Tanışlıq var, kimsə filial müdri qonşusudur: gəl hesabı bizdə aç. Biz tanış olduğumuz vəziyyətin böyük bir hissəsində buna rast gəlinir”- deyə, Baş bankir Rüstəm qeyd edib.