Elman Rüstəmovun "Ata Bank" və "Amrah Bank"dan tələbi və hər iki bankın sahibkarı ilə görüşməsində bəzi məqamlar üzə çıxıb.
"Kommersant.az" xəbər verir ki, hazırda maaşlarını ala bilməyən hər iki bank işçilərinə yeni şərtlər açıqlanıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) sədri E.Rüstəmovun da qeyd etdiyi kimi hər iki bankın sahibkarı ilə görüş keçirilib və görüşdə sahibkarlara qarşı çıxılmaz şərtlər irəli sürülüb. Belə ki, əldə etdiyimiz məlumata görə AMB hər iki bankın əməkdaşlarının aprel ayı üzrə əmək haqqlarının ödəniləcəyini bildirsə də bunlar arasında istisna şəxslərin olduğunu vurğulayıb. Bankın müşahidə şurasının sədri və üzvləri, idarə heyyətinin sədri və üzvləri, audit komitəsinin əməkdaşları əmək haqqlarını ala bilməyəcəkləri barədə tələb ortaya qoyulub. Sahibkarlar bununla razılaşdıqdan sonra saat 11:00-da banka ADİF təşrif buyuraraq işin icrasına başlayıb.
Qeyd edək ki, "Amrah Bank"da olan AMB əməkdaşları bank işçilərinə "hazırki tələbininz sizin qarşıdakı kariyeranızı risk altına atır" deyə hədə qorxu gəlirdi.