Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411 milyon 732 min ABŞ dollarının xalis satışını həyata keçirib.
Mərkəzi Bankın statistikasına görə, bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur.
Apreldə əhali banklardan 545 milyon 660 min dollar alıb, banklara 133 milyon 928 min dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb.
2018-ci ilin yanvar-fevral aylarında aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib.