Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi tərəfindən BFB-nin listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən, “Amrahbank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhm və istiqrazlarının delistinq edilməsi qərarı alınıb.
Bu barədə "Kommersant.az"-a BFB-dən bildirilib.
Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaq.
Xatırladaq ki, bankda 39 milyon 844 min manatlıq adi səhmləri vardı. Bu səhmlərin əsas hissəsi yerli, digəri isə ərəb investorları məxsus idi.