USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valyutalar üçün kritik 36 saat

11.06.2018 Bank
0 0
Bu həftə Dünyanın ən güclü üç mərkəzi bankı faiz qərarını açıqlayacaq

Qlobal bazarlarda valyuta məzənnələrinə təsir edə biləcək üç mühüm toplantı keçiriləcək.

"Kommersant" xəbər verir ki, İyun ayı iclasına 12 İyunda başlayacaq Amerika Mərkəzi Bankı (Fed) faiz qərarını 13 İyunda açıqlayacaqdır.

Xüsusilə istiqraz alışı proqramı ilə bağlı planlarını açıqlayacağı gözlənilən Avropa Mərkəzi Bankı (AMB) faizlərlə bağlı qərarını 14 İyunda elan edəcək. 14 İyun Cümə axşamı günü başlayacaq Yaponiya Mərkəzi Bankının (BoJ) qərarı isə 15 İyunda ictimaiyyətə açıqlanacaq.

36 saat ərzində keçiriləcək üç iclasda Fed-in faiz artırması, AMB-nin istiqraz alışını dayandırması planının detallarını dəqiqləşdirməsi və BoJ-un təşviq proqramını davam etdirməyə davam etmək qərarı verəcəyi gözlənilir.

Fed sədri Jerome Pauellin "şahin" mövqeyi investorlaraı dollar almağa təşviq edərkən, bu vəziyyət inkişaf edən bazarlar üzərində təzyiq yaradır. Fed faizləri qaldırarsa, bu il ikinci dəfə faiz qərarı vermiş olacaq.

AMB-nin üç ildir davam etdirdiyi monetar təşviqinin (istiqraz alışı) aqibəti də maraq mövzusudur. Dünya iqtisadiyyatının 2018-də güclü artacağı gözləntisi də bu qərara təsir göstərə bilər. JP Morgan analitiklərinə görə, inkişaf etmiş ölkələr, əvvəlki üç ayda 1,6 faiz artarkən, bu rübdə 2,5 faiz artması nəzərdə tutulur. AMB Sədri Draghi-nin Baş iqtisadçısı Piter Praet, rəsmilərin istiqraz alışı proqramından çıxmaq üçün ilk rəsmi görüşünü keçirəcəyini bildirmişdi.