5 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"Kommersant.az" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Qeyd edək ki, 69,2 mln. ABŞ dolları həcmində aprelin son hərracında valyuta satılmışdı, bu da bugünkü hərracın daha 9% az olması deməkdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.