USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 ay ərzində BOKT işçilərinin sayı artaraq 2 154 nəfərə çatıb

06.05.2020 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayınında artım müşahidə olunur.

"Kommersant.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2020-ci ilin mart ayında BOKT işçilərinin sayı 2 154 nəfər olub. 31 dekabr 2019-cu il tarixinə isə işçilərin sayı 2 127 nəfər təşkil edib ki, bu da 3 ayda BOKT işçilərinin sayının 27 nəfər və yaxud 1,3% artması deməkdir.

Bildirək ki, ötən ilin sentyabr ayında isə BOKT-da işləyənlərin sayı ilə bağlı göstərici 2 043 nəfər olub. Belə ki, 6 ay ərzində işləyənlərin sayı 111 nəfər artıb.