USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bank namizədləri virtual oyunla işə götürəcək

11.06.2018 Bank
0 0
Niderland bankı "ABN Amro", qabiliyyəti ilə fərqlənən namizədləri işə götürmək üçün maraqlı bir işə imza atır.

"Kommersant" xəbər verir ki, Bank bir artırılmış reallıq oyunu hazırlayıb.

Oyunda 2028-ci ildir. Həmin vaxt, pulun tamamilə rəqəmsallaşdığı və maliyyələşdirmə ehtiyacının "The Lantern Wallet" adlı ağıllı bir saziş vasitəsilə qarşılandığı bir dünyadır. Oyunda iştirakçılardan, yaranacaq iqtisadi xaosun qarşısını almaları tələb olunur.

Ssenariyə görə xaos, bütün dünyada bir piratlıq hadisəsi səbəbilə insanların kriptovalyuataları əldə edə bilməmələri nəticəsində ortaya çıxır. Oyunçular uğurlu olmaq üçün yaşanan maliyyə çöküşünü, informasiya təhlükəsizliyi və blockchain kimi texnologiyaları istifadə edərək həll etmək məcburiyyətindədirlər.

Artırılmış Reallıq gerçək mühiti səs, görüntü, qrafik və digər məlumatlarla zənginləşdirən texnologiyadır.