“Sığorta sistemində uzun müddət yığışıb qalmış problemlər var. Əsas zəif nöqtələr bizə məlumdur, bu problemlərlə biz bu gün ciddi məşğul olacıq”.
"Kommersant.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, “Sığorta sistemi bizdə çox zəif inkişaf edib və zəif inkişaf etdiyinə görə ölkədə olan iqtisadi riskləri, əhalinin risklərini tam əhatə edə bilmir, dövri olaraq bu problemlər yaşanır.