USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dövlət müəssisələrinin fəaliyyəti monitorinq edilməlidir"

12.06.2018 Bank
0 0
"Düşünürəm ki, mövcud iqtisadi siyasəti həyata keçirib Azərbaycanı orta gəlirli ölkədən növbəti mərhələyə keçirmək lazımdır".

"Kommersant" xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət maəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşkili" mövzusunda konfransda Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi deyib.

O bildirib ki, dövlət müəssisələrinin şəffaflığı artırılmalıdır: "20 dövlət müəssisəsindən 16-sı publik hüquqi şəxsə çevrilib. Hazırda bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. Biz bu sahədə əlaqələndirməni gücləndirmək üçün Azərbaycan hökumətinə dəstək oluruq".

Dünya Bankı rəsmisi həmçinin təklif edib ki, hazırda fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətini monitorinq edilsin və onlar barədə yekun qərar verilsin.

"Dünya Bankı olaraq biz dövlət müəssisələrinin idarə edilməsində Azərbaycana dəstək verməyə hazırıq. Düşünürəm ki, daha çətin qərarlar verilməlidir ki, ölkə iqtisadiyyatı, o cümlədən qeyri neft sektoru daha da inkişaf etsin".