USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika özünüməşğulluq proqramına dəstək olmağa davam edir - FOTO

27.05.2020 Bank
0 0
Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika,həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbətiaddımını atıb.

Respublika Günü ərəfəsində, Quba, Lənkəran, Bərdə vəZaqatala rayonlarında daha öncə müqavilələr bağlanılan həssas əhaliqruplarına özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraqmüxtəlif avadanlıqlar təqdim edib.

Bununla da Bank, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyəxüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburiköçkünlərə dəstək istiqamətində gördüyü işlərə davam edib.

Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və AzərbaycanBanklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğununtəşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumçərçivəsində həyata keçirilir.Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsindəvə ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.