Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.
"Kommersant.az" xəbər verir ki, bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “AGBank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “AG Bank” ASC-nin Mərkəzi Bankda açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “AGBank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə) vasitəsilə həyata keçirə bilərlər.
Mərkəzi Bankda açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri: