USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilər "AccessBank"dan pullarını geri çəkirlər - RƏSMİ

22.06.2020 Bank
0 0
"AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb. "AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə, bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, bankın aktivlərinin “əriməsinin” əsas səbəbi kredit portfelinin azalmasıdır. Belə ki, "AccessBank"da istehlak kreditləri 1 mln. 197 min manat (cüzi artıb), biznes kreditləri 7 mln. 520 min manat, daşınmaz əmlak kreditləri isə 582 min manat azalıb.

MÜŞTƏRİLƏR ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR

"AccessBank"ın cəmi öhdəlikləri 3 ay ərzində 4 mln. 911 min manat azalıb. Bunun əsasə səbəbi isə müştərilərin bankda olan depozitlərini geri çəkməsidir. Belə ki, bankda əmanəti olan fiziki şəxslər pullarını geri götüblər ki, bu da 56 mln. 754 min manat azalma deməkdir.

Qeyd edək ki, bununla yanaşı, bank öz hüquqi müştərilərini də itirib. Bankda hüquqi şəxslərin depozitləri 15 mln. 855 min manat azalıb. "AccessBank"ın ümumi depozit portfeli 3 ay ərzində 72 mln. 609 min manat azalıb.

Bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 3 ay ərzində 3 mln. 552 min manat artıb.