"AccessBank"ın əmanət faizləri maliyyə bazarında digər banklara nisbətən daha aşağıdır.
"Kommersant.az" xəbər verir ki, sözügedən bankda manatla yerləşdirilən əmanətlər digər banklara nisbətən daha aşağıdır. Belə ki, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimumu 12% həddində müəyyən edilib. Buna görə də bazarda aktiv iştirak edən banklar əmanət faizlərini 12% civarında qəbul edirlər. "AccessBank"da isə "Əlverişli əmanət" paketinə manatla depozit yerləşdirsəniz və bu əmanət 100 min manatdan çox olsa, o zaman siz illik cəmi 7% qazanacaqsınız. Bu faiz isə digər banklara nisbətən azdır.
"AccessBank" "Müddətli əmanət" paketində 12-24 aylıq yerləşdirilən manat əmanətinə ən çox halda illik 10% verir.
Bankda "Yığım əmanətində" manatla əmanət yerləşdirilən zaman 25 aydan 60 ayadək illik cəmi 8% əldə etmiş olursunuz ki, bu da sığortalanmış əmanət faizlərindən 4% azdır.