USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari Sığorta Bürosu ötən ili mənfəətlə başa vurub

22.06.2020 Bank
0 0
İcbari Sığorta Bürosu (İSB) 2019-cu ili 4,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Büro 2018-ci ildən 3,1 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il İSB-nin təqvim haqları üzrə gəlirləri 9,2 milyon manat (əvvəlki ilə nisbətən 17,1% çox), kompensasiya ödənişləri 608 min manat (5,6% az), kompensasiya ehtiyatlarındakı dəyişikliklərdən zərəri 1,1 milyon manat (71,05% az), xalis maliyyə gəlirləri 1,4 milyon manat (36,75% çox), xarici valyuta mübadiləsi üzrə zərəri 218 min manat (49,8% az), sair gəlirləri 476 min manat (təxminən 12 dəfə çox), müddətli depozitlərin dəyərsizləşməsi üzrə bərpadan gəlirləri 519 min manat (74,9% az), qeyri-maddi aktivlərin dəyərsizləşməsi üzrə zərəri 473 min manat (10,9% az), ümumi və inzibati xərcləri 3,3 milyon manat (27,3% çox), mənfəət vergisi ödəmələri isə 1,2 milyon manat (78,45% az) təşkil edib.

Bu il yanvarın 1-nə İSB-nin aktivləri 42,5 milyon manat olub ki, bu da illik müqayisədə 16,5% çoxdur. Hesabat dövründə Büronun öhdəlikləri 11,7% artaraq 12,3 milyon manata, balans kapitalı (xalis aktivləri) isə 18,55% artaraq 30,2 milyon manata çatıb.

report