USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda yüksək faizlə kredit verən banklar bağlandı

03.07.2020 Bank
0 0
"Əhalinin etibarını qazanmaq hər bir bankın əsas fəaliyyət istiqaməti olmalıdır. Bu gün dünyada və ölkəmizdə baş verən proseslər bir daha təsdiq edir ki, hansı ölkədə bank sistemi şəffaf qurulubsa, onlar da fəaliyyətlərini davam etdirə bilirlər".

"Kommersant.az" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışında deyib.

Ali Məclisinin Sədri bildirib ki, şəffaflığı təmin etməyən, yüksək faiz dərəcələri tətbiq edən bankların fəaliyyəti dayandırılıb:

"Ötən dövrdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda şəffaf fəaliyyəti ilə seçilib, əhali məmnunluğunun qazanılması sahəsində daim ön sıralarda olub. Əhaliyə ehtiyacı olan sahələrdə aşağı faiz dərəcələri ilə kreditlərin verilməsi, güzəştlərin tətbiqi bankın hörmət və nüfuzunu artırıb. Bankın kollektivi gələcəkdə də fəaliyyətini bu istiqamətdə qurmalı, yaradılan şəraitə uyğun olaraq əhaliyə keyfiyyətli xidmət göstərilməli, rayonda təsərrüfatların inkişafına və əhali rifahının yaxşılaşdırılmasına dəstək verilməlidir".