2019-cu ildə səhmlərində dövlətin payı olan şirkətləri və banklar dövlət büdcəsinə 869 min manat ümumi məbləğidə dividendlər köçürüblər, bu da 2018-ci ilin göstəricisindən 52,5% azdır. Bu barədə Hesablama Palatasından məlumat verilir.
“Hesablama Palatası 2019-cu il ərzində dpvlət büdcəsinin icarsını təhlil edib. Təhlil çərçivəsində səhmlərində dövlətin payı olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməısi ilə bağlı vəziyyət öryrənilib”, - Palatadan qeyd olunur.
Ümumilikdə, 2019-cu ildə səhmdar cəmiyyətlər dövlət büdcəsinə 869 min manat məbləğində dividendlər ödəyiblər. “2018-ci illə müqayisədə dövlət büdcəsinə dividend ödənişlərin həcmi 52,5% azalıb, baxmayaraq ki, 2019-cu il ərzində dövlət büdcəsinə ödənişlər üzrə plan cəmi 22,2% icra olunub”, - Palatadan bildirilir.
Xüsusilə, ötən il “Azərlotereya” ASC dövlət büdcəsinə 500 min manat dividend ödəyib (plan 1,7 milyon manatdır), “Aqrarkredit” QSC və “Azər-Türk Bank” ASC-dən dividendlər üzrə daxilolmalar ümumilikdə 369 min manat təşkil edib (plan 2,22 milyon manatdır).
2019-cu ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə dividend ödənilməsi proqnozlaşdırılmasa da, bankın ödədiyi dividend məbləği 142,7 mln. manat təşkil edir. “Həmin məbləğ birbaşa olaraq “Aqrarkredit Bank Olmayan Kredit Təşkilatı” QSC tərəfindən dövlət zəmanəti ilə buraxılan qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəlib”, - ABB-dən qeyd olunub