Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr üzrə əməliyyat növlərinin sayı artırılıb.
Mərkəzi Bankının İdarə Heyəti bununla bağlı “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edib.
Bu əməliyyat növləri sırasına paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident və ya qeyri-rezident hüquqi şəxsin digər şəxslər qarşısındakı öhdəlikləri ilə bağlı həmin hüquqi şəxsin paylarının (səhmlərinin) 50-dən artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus rezident payçısı (səhmdarı) tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə olan köçürmələr (zəmanət, zərərin ödənilməsi, kompensasiya və s.) daxil edilib.
Burada “dövlət” dedikdə Azərbaycan Respublikası başa düşülür və belə ödənişlər müvafiq öhdəliyin yaranmasını təsdiq edən müqavilə, təminat üzrə öhdəliyin icrasına dair tələb və dövlətin birbaşa və ya dolayı payını (səhmini) sübut edən sənədlər banka təqdim edilməklə həyata keçirilir.