USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycdan 9 ildən sonra anti-rekorda imza atdı

27.07.2020 Bank
0 0
Azərbaycanda qeyri-rezident fiziki şəxslər banklardakı depozitlərinin çəkməkdədirlər.

Bu barədə Azərbaycan Mərkəzi Bankından 1 iyul 2020-ci il tarixi üzrə daxil olan məlumatda deyilir.

Hesabat dövrünə qeyri-rezidentlərin əmanətlərinin həcmi 354.96 mln. manat olub. Bu son bir ayda 1% azalma olsa da, illik müqayisədə 29.3% azalma deməkdir.

Ümumən keçmişdəki göstəricilərə nəzər salsaq 2011-ci ildən bu tərəfə bu ən aşağı göstəricidir.

Qeyd edək ki, fiziki şəxs olan qeyri-rezidentlərin ən böyük göstəricisi 1 milyard 233.1 milyon manatla 2016-cı ilin dekabrında qeydə alınmışdı.

Əsas azalma cari ilin martından başlayaraq davam etməkdədir. Məsələn, fevralda öncəki ayla müqayisədə 46.9% artımla 621.29 mln. manata çatdırmışdı. Martdan sonrakı aylarda ardıcıl olaraq 26.4% və 18.7% azalma müşahidə edilmişdi.

Qeyri-reidentlərin depozitlərinin 102.4 mln. manatı milli, 252.5 mln. manatı isə xarici valyutda olanlar təşkil edir.