"Kapital Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, bank cari ilin ilk yarısını 170 milyon manat mənfəətlə başa vurub.
"Kapital Bank"ın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 207 mln. 288 min manat artaraq 4 mlrd. 870 mln. 499 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 62 mln. 630 min manat artaraq 4 mlrd. 361 mln. 949 min manata yüksəlib. Bankın cəmi kapitalı 144 mln. 658 min manat artaraq 508 mln. 550 min manata çatıb.
KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB
"Kapital Bank"ın müştərilərinə verdiyi kreditlər 504 mln. 841 min manat artaraq 2 mlrd. 154 mln. 116 min manata çatıb. Bu da bankın cəmi aktivlərinin artmasəna səbəb olub. Bankın depozit portfeli isə 760 mln. 631 min manat artaraq 3 mlrd. 625 mln. 804 min manat olub ki bu da bankın cəmi öhdəliklərini artırıb.
FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT
Bankın faiz gəlirləri ötən ilin ilk yarısı ilə müqayisədə 25 mln. 918 min manat artaraq cari ilin ikinci rübündə 215 mln. 843 min manat olub. Bankın faiz xərcləri isə 8 mln. 12 min manat azalaraq 23 mln. 987 min manata enib. Bundan başqa bank cari ilin ilk yarısını 191 mln. 856 min manatlıq xalis faiz mənfəəti ilə başa vurub ki, bu da ötən illə müqayisədə 33 mln.930min manat çoxdur. "Kapital Bank"ın qeyri-faiz gəlirləri 24 mln. 813 min manat artaraq 100 mln. 950 min manata,qeyri-faiz xərcləri 30 mln. 496 min manat azalaraq 127 mln. 128 min manata çatıb. Bu da bankın əməliyyat mənfəətini 28 mln. 247 min manat artıraraq 165 mln. 678 min manata çatdırıb.
"Kapital Bank" 2020-ci ilin ilok yarısını 132 mln. 520 min manatlıq xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59 mln. 328 min manat çoxdur.
Bankın məcmu kapitalı 149.738 min manat artaraq 478.830 min manata bərabər olub.