Bu ilin I yarısında Azərbaycandakı sığorta şirkətləri bəzi sığorta növləri üzrə haqq toplasalar da, ödəniş etməyiblər.
"Kommersant.az" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, həyat sığortası növlərindən əmək qabiliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığorta üzrə şirkətlərə ödəniş üçün müraciət edən olmayıb. Qeyri-həyat sığorta növlərinə gəlincə isə, dəmir yolu vasitələrinin sığortası, kənd təsərrüfatı məhsullarının sığortası, işçilərin dələduzluğundan sığorta, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta, peşə məsuliyyətinin sığortası, su və dəmir yolu nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası və mülki-hüququ müqavilə üzrə mülki məsuliyyətin sığortası üzrə hadisə baş verməyib. Baxmayaraq ki, adları çəkilən bütün sığorta növləri üzrə müəyyən məbləğdə sığorta haqqı toplanılıb.