USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Günay Bank" mənfəətini açıqladı - HESABAT

28.07.2020 Bank
0 0
"Günay Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Günay Bank" cari ilin ilk altı ayını 617 min manatlıq xalis mənfəətlə başa vurub.

Bankın cəmi aktivləri ötən ilin ilk yarısı ilə müqayisədə 22 mln. 949 min manat artaraq cari ilin ikinci rübündə 247 mln. 198 min manat olub. Bununla yanaşı bankın cəmi öhdəlikləri də 20 mln. 614 min manat artaraq 181 mln. 886 min manata çatıb. "Günay Bank"ın cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 mln. 336 min manat artaraq 65 mln. 312 min manata bərabər olub.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Günay Bank"ın müştərilərinə verdiyi kreditlər ötən illə müqayisədə 24 mln. 710 min manat artaraq 176 mln. 296 min manata çatıb. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. Bankın depozit portfeli isə 2019-cu ilin ikinci rübü ilə müqayisədə 9 mln. 824 min manat artaraq 103 mln. 250 min manata yüksəlib ki, bu da bankın cəmi öhdəliklərini artırıb.

FAİZ GƏLİRİ VƏ MƏNFƏƏT

"Günay Bank"ın faiz gəliri ötən illə müqayisədə 537 min manat artaraq 6 mln. 352 min manat olmasına baxmayaraq faiz xərcləri 452 min manat azalaraq 3 mln. 864 min manata enib. Buna baxmayaraq bankın xalis faiz gəliri 2 mln. 488 min manat təşkil edib ki, bu da ötən ilin ikinci rübü ilə müqayisədə 1 mln. 642 min manat çoxdur. Bankın qeyri-faiz gəliri 782 min manat artaraq 4 mln. 390 min manata, qeyri-faiz xərcləri isə 511 min manat artaraq 4 mln. 362 min manata yüksəlib. Buna görə də bankın əməliyyat mənfəəti1 mln. 913 min manat artaraq 2 mln. 516 min manata yüksəlib.

"Günay Bank"ın xalis mənfəəti 617 min manat, məcmu kapitalı isə 65 mln. 120 min manat olub.

Günay Bank

2020 (II rüb)

2019 (II rüb)

Fərq

Cəmi Aktivləri

247.198

224.249

+ 22.949

Cəmi Öhdəlik

181.886

161.272

+ 20.614

Cəmi Kapital

65.312

62.976

+ 2.336

Kredit

176.296

151.586

+ 24.710

Depozit

103.250

93.426

+ 9.824

Faiz Gəliri

6.352

5.815

+ 537

Faiz Xərci

3.864

4.316

(- 452)

Xalis Faiz Gəliri

2.488

846

+ 1.642

Qeyri-Faiz Gəliri

4.390

3.608

+ 782

Qeyr-Faiz Xərci

4.362

3.851

+ 511

Əməliyyat Mənfəəti

2.516

603

+ 1.913

Xalis Mənfəət

617

752

(- 135)

Məcmu kapital

65.120

62.772

+ 2.348