USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Express Bank" mənfiyə doğru gedir - HESABAT

28.07.2020 Bank
0 1
"Express Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Exxpress Bank" nın əksər göstəriciləri azalıb.

Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 mln. 127 min manat azalaraq 300 mln. 535 min manata enib. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 46 mln. 685 min manat azalaraq 179 mln. 249 min manata, cəmi kapitalı isə 1 mln. 442 min manat azalaraq 121 mln. 286 min manata enib.

KREDİT VƏ DEPOZİT PORTFELİ AZALIB

"Express Bank"ın müştərilərinə verdiyi kreditlərdə azalma müşahidə olunub. Belə ki, bankın müştərilərə verdiyi kreditlər 29 mln. 539 min manat azalaraq 215 mln. 815 min manata enib. Bu isə bankın cəmi aktivlərinin azalmasının əsas səbəblərindən biridir. Bankın depozit portfeli isə 54 mln. 90 min manat azalaraq 126 mln. 276 min manata düşüb. Bu da "Express Bank"ın cəmi öhdəliklərini azaldıb.

FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏT

"Express Bank"ın faiz gəlirləri 1 mln. 681 min manat artaraq 20 mln. 412 min manata çatıb. Bankın faiz xərcləri isə 742 min manat azalaraq 4 mln. 411 min manata enib. Bununla da bankın xalis faiz gəliri 2 mln. 222 min manat artaraq 16 mln. manata yüksəlib. Bankın qeyri-faiz gəliri 916 min manat azalaraq 6 mln. 120 min manat, qeyri-faiz xərcləri isə 11 mln. 696 min manat artaraq 16 mln. 284 min manata bərabər olub. Bununla da bankın əməliyyat mənfəəti 3 mln. 388 min manat artaraq 5 mln. 837 min manata çatıb.

"Express Bank"ın xalis mənfəəti 1 mln. 24 min manat artaraq 4 mln. 152 min manat olub.

Bankın məcmu kapitalı 1 mln. 40 min manat azalaraq 117 mln. 503 min manata enib.

Express Bank

2020 (II rüb)

2019 (II rüb)

Fərq

Cəmi Aktivləri

300.535

348.662

(- 48.127)

Cəmi Öhdəlik

179.249

225.934

(- 46.685)

Cəmi Kapital

121.286

122.728

(- 1.442)

Kredit

215.815

245.354

(- 29.539)

Depozit

126.276

180.366

(- 54.090)

Faiz Gəliri

20.412

18.731

+ 1.681

Faiz Xərci

4.411

5.153

(- 742)

Xalis Faiz Gəliri (zərəri)

16.001

13.779

+ 2.222

Qeyri-Faiz Gəliri

6.120

7.036

(- 916)

Qeyr-Faiz Xərci

16.284

4.588

+ 11.696

Əməliyyat Mənfəəti (zərəri)

5.837

2.449

+ 3.388

Xalis Mənfəət

4.152

3.128

+ 1.024

Məcmu kapital

117.503

118.543

(-1.040)