Dövlət bankı Azər Türk Bank’ın 01 iyul 2020-ci il tarixinə aktivləri 337,5 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 167,1 milyon manat təşkil etmişdir.
Məcmu kapitalın həcmi, tutulmalardan sonra, 50,3 milyon manat olmuşdur. Qeyd edək ki, məcmu kapitalın adekvatlığı 27,7% təşkil edir ki, bu da müəyyən edilmiş normadan üç dəfəyə qədər yüksəkdir.
İkinci rübdə Bank 26 min manat həcmində xalis mənfəət əldə etmişdir.
Cəmi bank öhdəliklərinin həcmi 281,7 milyon manat təşkil etmişdir.
Bank 163,3 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 72 milyon manatı əhalinin əmanətləridir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.