"Express Bank"ın kredit departamenti üçün "onlayn tənəffüs zəngi" çalınıb. Halbuki sözügedən departament banka yeni müştəri cəlb etməli və bankın aktivlərini artırmalıdır. Amma nə baş verdi?!
Bankın kredit portfeli, cəmi aktivləri aşağıdakı siyahıda.
"Kommersant.az" xəbər verir ki, "Express Bank" cari ilin ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, bankın cəmi aktivləri ötən ilin anoloji dövrü ilə müqayisədə 48 milyon 127 min manat azalıb.
Bankın cəmi aktivlərinin əriməsinin əsas səbəblərindən biri bankın kredit portfelinin azalması olub. Belə ki, "Express Bank"ın müştərilərinə verdiyi kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon 539 min manat azalaraq bu ilin ilk yarısında 215 milyon 815 min manat olub. Bu azalma isə 48 milyon 127 min manatlıq fərqin 61%-ni təşkil edir.