USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank BTB" zərərdə - HESABAT

29.07.2020 Bank
0 0
"Bank BTB" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Bank BTB" cari ilin ikinci rübünü 107 manatlıq zərərlə başa vurub.

Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 mln. 390 min manat artaraq 360 mln. 162 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri də 48 mln. 903 min manat artaraq 296 mln. 166 min manata, cəmi kapitalı isə 7 mln. 487 min manat artaraq 63 mln. 996 min manata yüksəlib.

"BANK BTB" müştərilərinə verdiyi xalis kreditlər 30 mln. 768 min manat artaraq 209 mln. 920 min manata, depozitləri isə 17 mln. 816 min manat artaraq 134 mln. 438 min manata çatıb.

Bank cari ilin ilk yarısında 107 min manat zərər açıqlayıb.

Bank BTB

2020 (II rüb)

2019 (II rüb)

Fərq

Cəmi Aktivləri

360,162

303,772

+ 56,390

Cəmi Öhdəlik

296,166

247,263

+ 48,903

Cəmi Kapital

63,996

56,509

+ 7,487

Kredit

209,920

179,152

+ 30,768

Depozit

134,438

116,622

+ 17,816

Faiz Gəliri

13,257

-

-

Faiz Xərci

6,557

-

-

Xalis Faiz Gəliri (Zərəri)

6,600

-

-

Qeyri-Faiz Gəliri

2,295

-

-

Qeyr-Faiz Xərci

7,983

-

-

Əməliyyat Mənfəəti (Zərəri)

912

-

-

Xalis Mənfəət (Zərər)

(- 107)

-

-

Məcmu kapital

-

-

-