USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PAŞA Bank”ın törəməsi Azərbaycan bazarında istiqraz yerləşdirib

14.06.2018 Bank
0 0
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” Azərbaycan bazarında daha 25 mln. dollarlıq istiqraz yerləşdirib.

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) bildirilir.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqraz emissiyasını ötən ayın sonunda dövlət qeydiyyatına alıb. Bu gün yerləşdirilən qiymətli kağızlar 2021-ci il sentyabrın 14-nə qədər (3 il 3 ay) tədavüldə olacaq. Faizlər aylıq ödəniləcək. Bununla belə, kupon faizinin nə qədər olduğu açıqlanmayıb.

Xatırladaq ki, “PAŞA Yatırım Banka”sı ötən ilin sentyabr ayında da Azərbaycan bazarında 25 mln. dollarlıq istiqraz yerləşdirmişdi. 5 il 3 ay müddətinə tədavülə buraxılmış qiymətli kağızların kupon faizi 4,85%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

Report